"Jirona"nın forvardı Artyom Dovbik İtaliyaya köçəcək.
Sportal.az xəbər verir ki, ukraynalı futbolçuya "Napoli"dən təklif gəlib.
Bu barədə "Sky Sport" məlumat yayıb.
26 yaşlı ukraynalı hücumçu La Liqada başa çatan mövsümün bombardiri kimi başa vurub və bir çox klubların transfer siyahısında yer alıb.
Neapol təmsilçisi "Jirona"ya 30 milyon avro ödəyəcək ki, Dovbiki heyətinə qatsın. O, 2023/2024 mövsümündə İspaniya La Liqasında 36 matça çıxıb 24 qol vurub.
saytlarin hazirlanmasi