"Kardiff Siti" klubu baş məşqçi Erol Bulutla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Çempionşip təmsilçisi türk mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı məşqçinin müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi uzadılıb.
Qeyd edək ki, Erol Bulut 2023-cü ilin yayında "Kardiff Siti"nin baş məşqçisi təyin olunub. Komanda başa çatan mövsümdə Çempionşipi 62 xalla 12-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi