İtaliya klubunun yeni baş məşqçisi məlum oldu

19:20 - 4 İyun 2024

"Fiorentina"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, A seriyası təmsilçisini Raffaele Palladino çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Raffaele Palladinonun son iş yeri "Montsa" olub.

Xəbər xətti