İtaliyanın "Napoli" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisini Antonio Konte çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtalyan mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Antonio Konte son olaraq "Tottenhem"i çalışdırıb. 54 yaşlı məşqçi 2023-cü ilin mart ayından işsiz idi.
saytlarin hazirlanmasi