Mottanı İtaliano əvəz etdi

18:32 - 5 İyun 2024

İtaliyanın "Bolonya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək komandanı Vinçentso İtaliano çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Bolonya" müqaviləsi başa çatan Tiaqo Motta ilə yollarını ayırıb. Vinçentso İtaliano isə son olaraq "Fiorentina"ya rəhbərlik edib.

Xəbər xətti