Türkiyənin futbol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi Necla Güngör AVRO-2025-in seçmə mərhələsinin B1 qrupunda Azərbaycan yığmasına Bakıda məğlubiyyəti (0:1) şərh edib.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis millimizə uduzmaqları haqda bunları deyib:
"Rəqib matça hücumlarla başlamaq istəsə də, oyuna nəzarəti ələ aldıq. Matç istədiyimiz tempdə keçdi. Şanslar yaratdıq, lakin onları qola çevirə bilmədik. İkinci hissədə də üstünlüyə malik idik, amma matçın sonlarında rəqib müqavimət göstərdi. Son dəqiqələrdə qol buraxdıq. Məğlubiyyətə görə üzüldük, lakin pley-offa ümidliyik".
saytlarin hazirlanmasi