Azərbaycanla oyundan əvvəl dəyişiklik: düşərgəyə yeni oyunçular dəvət edildi

12:18 - 6 İyun 2024

Qazaxıstan millisinin Ermənistan (7 iyun) və Azərbaycan (11 iyun) komandaları ilə yoldaşlıq oyunları öncəsi heyətində dəyişiklik edilib.

Sportal.az "sports.kz" portalına istinadən xəbər verir ki, qolkiper Bekhan Şayzada, müdafiəçilər Adilxan Dobay və Aleksandr Zuev, yarımmüdafiəçi İslam Çesnokov zədə və xəstəliklər səbəbindən sıradan çıxıblar. 

Əvəzində Qazaxıstan millisinin düşərgəsinə qapıçı Danil Ustimenko və müdafiəçi Mixail Qabışev dəvət edilib.

Azərbaycan - Qazaxıstan oyunu Macarıstanın Sombathee şəhərindəki “Haladaş” İdman Kompleksi stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 

Xəbər xətti