"Mançester Yunayted" altı futbolçusu ilə yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilələri başa çatan Antoni Marsial və Rafael Varan artıq klubu tərk ediblər.
Brandon Vilyams, Çarli Makneyl, Markus Lourens və Kay Plamli də azad agent statusuna yiyələnib.
Bundan əlavə, müqavilə müddəti başa çatdıqdan sonra “Mançester Yunayted”in gənclər komandasının təcrübəli futbolçusu və məşqçisi Tom Haddlston da işsiz qalıb.
saytlarin hazirlanmasi