"Tottenhem" bəzi futbolçularla yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıya Jafet Tanqanqa, Rayan Sessenyon, Erik Dayer və İvan Perişiçin adı daxil edilib.
Hər dörd futbolçunun müqavilə müddəti başa çatıb. London təmsilçisi isə onlara yeni müqavilə təklif etməyib.
Əlavə edək ki, Sessenyon son mövsümü “Hoffenhaym”da, Tantanqa “Milloul”da, Dayer “Bavariya”da, Perişiç isə “Hayduk”da keçirib.