"Komandanı Azərbaycanla oyunda görmək üçün Macarıstana yollanmağı planlaşdırıram"

14:17 - 6 İyun 2024

Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununu izləmək üçün Macarıstanın Sombathey şəhərinə səfər etmək planlarından danışıb. 

Sportal.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına danışan təcrübəli mütəxəssis bunları deyib:

"İndi biz QFF rəhbərliyi ilə danışdıq və qərara gəldik ki, qarşıdakı oyunlarda iştirak etməyəcəm. Məşqçilər korpusum təyinatımdan yeni xəbər tutub və bizə vaxt lazımdır. Bu günlərdə milli komandanı qəbul etməyə hazırlaşmadığım üçün Ermənistana uçmaq imkanım yoxdur. Komandanı Azərbaycanla oyunda görmək üçün Macarıstana yollanmağı planlaşdırıram. Təlim-məşq prosesində iştirak etməyəcəyim aydındır. Bu iki oyunda baş məşqçi qismində Ruslan Baltiev olacaq".

Azərbaycan - Qazaxıstan oyunu iyunun 11-də “Xaladaş İdman Kompleksi”nin stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bundan əvvəl isə, iyunun 7-də Qazaxıstan Ermənistanla üz-üzə gələcək.
 

Xəbər xətti