"Çelsi"nin hücumçusu Romelu Lukaku gələcəyi ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, belçikalı forvard artıq gələcəklə bağlı qərar verdiyini bildirib:
"Gələcəyimlə bağlı qərar vermişəm. Nələr olacağını bilirəm. Vəziyyət mənim nəzarətim altındadır. Bir seçim edəcəyəm və hər kəs mənimlə eyni fikirdə olacaq. Nə vaxt harada qalmağım və ya ayrılmağımla bağlı qərar verdimsə, müəyyən faktorlar doğru seçim etdiyimi göstərib. Baş məşqlilərlə münasibət bir qadınla münasibət yaşamaq kimidir. Əgər bir-birimizə uyğun gəlmiriksə, bir yerdə qala bilmərik".
Qeyd edək ki, Romelu Lukaku son mövsümü icarə əsasında "Çelsi"nin heyətində keçirib. 31 yaşlı futbolçu İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi