Azərbaycan Albaniyaya uduzdu - YENİLƏNİB

22:49 - 7 İyun 2024

Azərbaycan millisi bu gün yoldaşlıq matçı keçirib. 

Sportal.az xəbər verir ki, millimiz Albaniya ilə qarşılaşıb.

Macarıstanda baş tutan görüşdə millimiz 1:3 uduzub. 

Arif Əsədovun rəhbərlik etdiyi kollektiv iyunun 11-də isə Qazaxıstanla oynayacaq. 

Yoldaşlıq oyunu

7 iyun

Albaniya – Azərbaycan 3:1
Qollar:
Bayrami 11, Manaj 81, Laçi 88 - Musa Qurbanlı 90

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev.

Baş məşqçi: Arif Əsədov

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Bayrami, Ramadani, Asani, Seferi, Broxa.

Baş məşqçi: Silvinyo

Xəbər xətti