Millimiz Slovakiya səfərində

13:13 - 7 İyun 2024

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, U-21 Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Xəbər xətti