Azərbaycan Rusiya ilə qarşılaşa bilər

15:35 - 7 İyun 2024

Azərbaycan və Rusiya milliləri yoldaşlıq görüşündə üz-üzə gələ bilər.

Sportal.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hazırda Rusiya Futbol İttifaqı bu yöndə AFFA ilə danışıqlar aparır.

RFS-in baş katibi Maksim Mitrofanov Azərbaycan, Ermənistan və Qazaxıstan yığmaları ilə oyunların təşkilinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bunları deyib: “Biz bu ölkələrin futbol federasiyaları ilə danışıqlar aparırıq. Amma Avropadan olan komandalarla sparrinqlər barədə razılaşmaq kifayət qədər çətindir. UEFA-nın digər konfederasiyalardan fərqli olaraq, dünya və Avropa çempionatlarına əlavə biletlərin təqdim olunduğu Millətlər Liqası da daxil olmaqla sıx təqvimi var. Yoldaşlıq oyunları üçün demək olar ki, pəncərə qalmayıb. Danışıqlar davam edir, lakin hələlik heç bir saziş imzalanmayıb. Və belə müqavilələr imzalanana qədər biz komandamızın qarşılaşa biləcəyi milli komandalar və ya digər detallar barədə məlumat vermirik”.

Xəbər xətti