İngiltərənin "Lester Siti" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ceymi Vardinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı hücumçu 2024/2025 mövsümünün sonuna kimi "tülkülər"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Ceymi Vardi 2012-ci ilin yayından "Lester Siti"də çıxış edir. İngiltərə millisinin sabiq üzvü bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 464 rəsmi matçda 190 qol və 66 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi