Premyer Liqa tarixinin ən gənc baş məşqçisi ola bilər

12:15 - 8 İyun 2024

Roberto De Zerbi ilə yollarını ayıran "Brayton" baş məşqçi axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin gündəminə sürpriz namizəd gəlib.

"Qağayılar" baş məşqçi postuna Almaniyanın "Sankt Pauli" klubunu çalışdıran Fabian Hürzeleri gətirmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

"Brayton" 31 yaşlı məşqçi ilə danışıqlara başlayacaq. Təyinat rəsmiləşsə, Hürzeler İngiltərə Premyer Liqasında çalışan ən gənc baş məşqçi olacaq.

Xəbər xətti