İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçı Ştefan orteqanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı qolkiper 2026-cı ilin yayına kimi "şəhərlilər"in uğurları üçün çalışacaq.
Qeyd edək ki, "Mançester Siti" Ştefan Orteqanı 2022-ci ilin yayında "Arminiya Bilefeld"dən transfer edib. 31 yaşlı "əlcək sahibi" bu mövsüm komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda qapısında 20 qol olub. Təcrübəli qapıçı 8 qarşılaşmada çərçivəni toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi