"Borussiya"nı "Mançester Yunayted"ə dəyişə bilər

15:57 - 8 İyun 2024

"Mançester Yunayted" baş məşqçisi Erik ten Haqla yollarını ayırmaq istəyir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq niderlandlı mütəxəssisə əvəzləyici də tapıb. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" ten Haqdan sonrakı dönəm üçün baş məşqçi postuna hazırda "Borussiya"nı çalışdıran Edin Terziçi gətirməyi planlaşdırır.

Qeyd edək ki, Edin Terziç 2022-ci ilin yayından "Borussiya"nın baş məşqçisidir. Onun klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.

Xəbər xətti