Aprel ayında təyin olunan baş məşqçi istefaya göndərildi

18:55 - 8 İyun 2024

İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Udineze" Fabio Kannavaro ilə yollarını ayırıb. Bu barədə 50 yaşlı mütəxəssis özü məlumat verib.

Klub rəhbərliyi baş məşqçiyə onunla yola davam etməyəcəklərini bildirib.

Qeyd edək ki, Fabio Kannavaro aprel ayında "Udineze"nin baş məşqçisi təyin olunmuşdu. O, komandanı A Seriyasında saxlamağı bacarıb.

Xəbər xətti