"Arsenal"ın müdafiəçisi Uilyam Saliba karyerası haqda danışıb.
Sportal.az xəbər verir ki, fransalı futbolçu özünün İngiltərə Premyer Liqasının ən yaxşı müdafiəçilərindən biri olduğunu bildirib:
"Vircil Van Daykın fərqli aurası var. Lider kimidir, hər kəsə əmr edir. Hücumçuları qorxutduğunu hiss etmək olur. Mən də özümü belə hiss etməyə başlamışam. Sadə insanam, amma məncə, Premyer Liqanın 3 ən yaxşı mərkəz müdafiəçisindən biriyəm".
Qeyd edək ki, "Arsenal" Uilyam Salibanı 2019-cu ilin yayında"Sent-Etyen"dən transfer edib. 23 yaşlı mərkəz müdafiəçisi son mövsümdə"topçular"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi