Albaniya millisinin sabiq müdafiəçisi Ervin Fakai millisinin Macarıstanda Azərbaycan yığması üzərində yoldaşlıq görüşündə qazandığı qələbəni (3:1) şərh edib.
Sportal.az xəbər verir ki, “Panorama”ya danışan albaniyalı millimizin oyuna motivasiyalı olmadığını bildirib:
"Bir neçə gün əvvəlki Lixtenşteyn millisi ilə müqayisədə bu dəfə qarşımızda daha yaxşı komanda görəcəyimizi anlayırdım. Amma həm Lixtenşteyn, həm də Azərbaycan oyunlara 100 faiz motivasiyalı deyildi. Çünki bunlar yoldaşlıq oyunlarıdır və mövsümün sonudur. Onlar Avro-2024-ə başlamaq üçün gələn həftəni gözləyən milli komandalar qədər motivasiyalı deyillər".
47 yaşlı albaniyalı karyerası ərzində “Toledo”, “Hannover”, “Genk”, “Duysburq”, “Tirana” klublarında, həmçinin Albaniya millisində çıxış edib.
saytlarin hazirlanmasi