Millimizin baş məşqçisi ilə bağlı qərar ertələndi - İK-nın iclası Qazaxıstanla oyundan sonra keçiriləcək

21:34 - 9 İyun 2024

İyunun 3-də keçirilən İcraiyyə Komitəsinin iclasından sonra milli komandamızın baş məşqçisi ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi deyilmişdi. Ehtimal olunurdu ki, İK üzvləri bir neçə gün sonra yenidən yığışıb bu məsələyə nöqtə qoyacaqlar. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, İK-nın yeni toplantısı ertələnib. Komitə üzvləri millimizin iyunun 11-də keçiriləcək Qazaxıstanla oyunundan bir neçə gün sonra toplaşacaq. Ertələnmənin səbəbi kimi İcraiyyə Komitəsində yer alanların bu məsələdə fikir ayrılığı yaşaması göstərilir. 

Millimizdə yeni baş məşqçinin yerli olmağını istəyən də var, əcnəbi olmağını istəyən də. Lakin əcnəbi tərəfdarı olanların özlərinin də konkret namizədlərlə bağlı fikirləri üst-üstə düşmür. Hələ ki, hamının ürəyincə olan variant yoxdur.

Xəbər xətti