Estoniya millisinin kapitanı millimiz haqda: "Baltik kubokundakı rəqiblərimizdən fərqlənirlər"

09:17 - 10 İyun 2024

Estoniya milli komandasının kapitanı Karol Mets Baltik Kubokunda Farer adaları üzərində qazanılan qələbəni (4:1) dəyərləndirərək, Millətlər Liqasının C1 qrupunda yer alan rəqiblər, o cümlədən Azərbaycan yığması haqda danışıb.

Sportal.az xəbər verir ki, “Postimees Sport”a danışan müdafiəçi bunları deyib:

"Deyə bilərik ki, Farer adaları ilə matçda baş məşqçi dəyişikliyi özünü tam doğrultdu. Yeni nəfəs aldıq. Çətin, yorucu və uzun bir dönəmdən çıxıb müsbət addım atmaq istədik. Biz bu turnirdə qalib gəlmək istəyirik. Eyni zamanda, İsveç, Slovakiya və Azərbaycanla qarşılaşacağımız Millətlər Liqasının oyunlarına şüurlu şəkildə hazırlaşırıq. Bu komandalar Baltik kubokundakı rəqiblərimizdən fərqlənirlər. Onlar daha yüksək səviyyədədirlər".

Xatırladaq ki, Azərbaycan və Estoniya milliləri arasında görüşlər oktyabrın 11-də və noyabrın 16-da baş tutacaq.

Xəbər xətti