"Mançester Siti"nin rəhbərliyi Xulian Alvaresi buraxmaq fikrindən daşınıb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, argentinalını icarəyə götürmək istəyən klublar az deyildi. Lakin "şəhərlilər" sonda onun gedişinə razı olmayıb.
24 yaşlı argentinalı özü isə daha çox oyun şansı qazanmaq üçün Mançesteri tərk etməyi planlaşdırırdı. Amma rəhbərlik də onun komandada qalmasını razı sala bilib.
O, ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 54 oyun keçirib, 19 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi