Azərbaycan milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Qazaxıstan seçməsi ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, qazaxıstanlı futbol veteranı Bulat Esmaqambetov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. "Sport.kz" saytına danışan mütəxəssis Azərbaycan yığmasının hücum potensialının yaxşı olduğunu bildirib:
"Azərbaycan millisi çox yaxşı hücum qrupuna malikdir. Amma müdafiədə səhvlər, müəyyən problemlər var. Qazaxıstan millisinin ön xəttində qol vuran futbolçuları az olsa da, son zamanlar müdafiə çox yaxşı görünür. Hücumameyilli Azərbaycanla, əsasən, əks-hücumlarda oynayacaq Qazaxıstan yığması arasında qarşıdurma olacaq. Azərbaycanlılar texniki baxımdan yaxşıdır, hücumda oynamağı sevirlər, müdafiəni xüsusilə sevmirlər. Bu komandalar təxminən eyni səviyyədədir. Kim öz şansından daha yaxşı istifadə etsə, o qalib gələcək".
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı sabah Bakı vaxtilə saat 18:00-da Macarıstanda baş tutacaq.
saytlarin hazirlanmasi