Qazaxıstanlı futbol mütəxəssisi Almas Kulşinbayev ölkəsinin milli komandasının sabah Azərbaycanla keçirəcəyi oyun haqda danışıb.
Sportal.az xəbər verir ki, "Sportk.kz" saytına danışan ekspert bərabərsəviyyəli oyun gözlədiyini bildirib:
"Çox maraqlı matç olacağını gözləyirəm. Qazaxıstan millisi Ermənistandan aldığı son məğlubiyyəti unutdurmaq istəyəcək. Azərbaycan da üç gün əvvəl Albaniyaya uduzub. Təxminən bərabər səviyyəli komandalar qarşılaşacaq. Matçın neytral meydanda olması Qazaxıstanın şanslarını artırır. Azərbaycan millisi texniki cəhətdən çox yaxşıdır. Qısa və orta ötürmələrlərlə oynayırlar, kombinasiyalı futbol sərgiləyirlər. Oyunun nəticəsini proqnozlaşdırmaq çox çətindir. Bərabər oyun olacaq".
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı sabah Bakı vaxtilə saat 18:00-da Macarıstanda baş tutacaq.
saytlarin hazirlanmasi