"Azərbaycanın Albaniyaya qarşı oyununu gördüm. Həqiqətən də, millimiz uduzmağa layiq deyildi. Görüş heç-heçə başa çata bilərdi. Komanda meydanda yaxşı futbol sərgilədi. Hər halda, artıq matç başa çatıb. Amma Albaniya ilə matçda daha yaxşı nəticə qazanmağa layiq idilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq forvardı Branimir Subaşiç deyib.
Yığma komandamızda uzun illər oynamış veteran futbolçu bu gün millimizin Macarıstanın Sombathey şəhərində "Haladaş İdman Kompleksi"ndə Qazaxıstana qarşı keçirəcəyi növbəti yoxlama görüşü barədə də danışıb:
"Qazaxıstanla görüşdə Azərbaycanın qalib gələcəyinə inanıram. Çünki albanlara qarşı da yaxşı oynamışdıq. Fikrimcə, millidə çox yaxşı futbolçular toplaşıb. Onların da qazaxlara qalib gəlməsi realdır. Ümidvaram ki, hər şey Azərbaycan üçün əla alınacaq və növbəti oyunlar öncəsi yaxşı inam olacaq".
saytlarin hazirlanmasi