U-21 millimiz Bolqarıstanla qarşılaşır

12:50 - 11 İyun 2024

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportalaz xəbər verir ki, U-21 Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimiz iyunun 7-də Senec Məşq Mərkəzində keçirilən yoldaşlıq oyununda Slovakiya yığmasına 2:3 hesabı ilə məğlub olub.

Xəbər xətti