"Milan" yayda Fransa millisinin üzvünü heyətinə qatmağı planlaşdırır.
Sportal.az “Corriere dello Sport"a istinadən xəbər verir ki, söhbət "Yuventus"un futbolçusu Adrien Rabiodan gedir.
Turin klubunun üzvü özü də "rossonyerlər"in formasını geyinməkdə maraqlıdır.
"Milan" Rabionun "Yuventus"la müqaviləsinin mümkün müddətinin başa çatması fonunda futbolçu ilə danışıqlara başlamaq niyyətindədir. Eyni zamanda, Milan rəhbərliyi futbolçuya 7,5 milyon avro maaş təklif etməyə hazırdır.
Xatırladaq ki, 29 yaşlı futbolçu 2019-cu ildən "Yuventus"da oynayır. O, bütün turnirlərdə 212 matçda iştirak edib, 24 qol vurub, 15 asistlə yadda qalıb.
Onun İtaliya klubu ilə hazırkı müqaviləsi bu ayın sonunda başa çatacaq.
saytlarin hazirlanmasi