AFFA-nın Azərbaycan millisinin baş məşqçi postuna axtarışları davam edir.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, hazırda aktiv danışıqların getdiyi mütəxəssis İqor Angelovskidir.
Şimali Makedoniyadan olan çalışdırıcı 2020-ci ildə ölkəsinin millisini tarixində ilk dəfə Avropa çempionatına aparması ilə yadda qalıb.
48 yaşlı mütəxəssis millidən başqa vətənində "Rabotniçki", Xorvatiyada "Gorica" və Qazaxıstanda "Kaspi" klublarını çalışdırıb.
Angelovski bir neçə gün əvvəl Albaniya və Azərbaycan milliləri arasında baş tutan yoxlama matçını da stadiondan canlı izləyib.
Hazırda işsiz olan əcnəbi mütəxəssisin millimizin başına keçmək şansı yüksəkdir.
saytlarin hazirlanmasi