İtaliyanın "İnter" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi Nikolo Barellanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına kimi A Seriyası nəhəngində qalacaq.
Qeyd edək ki, "İnter" Nikolo Barellanı 2020-ci ilin yayında "Kalyari"dən transfer edib. İtaliya millisinin üzvü son mövsümdə "göy-qaralar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi