İngiltərənin "Tottenhem" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, London təmsilçisi Tanqi Ndonbele ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə 2025-ci ilin yayında başa çatmalı ola müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Tottenhem" Tanqi Ndonbeleni 2019-cu ilin yayında 62 milyon avro qarşılığında "Lion"dan transfer etmişdi. 27 yaşlı futbolçu son mövsümü icarə əsasında "Qalatasaray"ın heyətində keçirib. Fransa millisinin sabiq üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi