Premyer Liqa klubu braziliyalı ilə yollarını ayırdı

18:42 - 13 İyun 2024

Braziliya millisinin üzvü Filipe Koutinyo "Aston Villa"dan ayrılıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Halbuki futbolçu 2026-cı ilə qədər Premyer Liqa klubuna məxsus idi.

32 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Qətərin "Əl-Duhail" klubunda keçirmişdi.

Xəbər xətti