İngiltərə millisinin üzvü "Çelsi"də qalacaq

15:18 - 13 İyun 2024

İngiltərə millisinin üzvü Konor Qallaher gələn mövsüm üçün də "Çelsi"də qalacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin yayda komandadan ayrılacağı gözlənilir.

"Arsenal", "Tottenhem" və "Aston Villa"nın transfer siyahısında yer almış Konor özü də, "Çelsi"də qalmağa qərar verib.

Onun müqavilə müddəti iyunun 30-da başa çatacaq. İngilis futbolçu bu mövsüm 37 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib. 

Xəbər xətti