Premyer Liqa klubu kapitanı ilə müqavilə müddətini artırdı

19:46 - 14 İyun 2024

"Everton" kapitanı Şimus Koulmenlə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu 2025-ci ilin yayına qədər Mersisayd klubunda oynayacaq. 

O, artıq 16 ildir ki, bu Premyer Liqa klubunun formasını geyinir.

Koulmen bu komandanın heyətində 422 oyun keçirib.

Ötən mövsüm Koulmen İngiltərə Premyer Liqasında 12 oyunda meydana çıxıb.

Xəbər xətti