"Napoli"nin rəhbərliyi əsas hücumçusu Viktor Osimhen satmaq haqda düşünür.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Neapol təmsilçisi nigeriyalını satmaq istəməsə də, Antonio Konte onu sərəncamında görmək istəmir.
Buna görə də, rəhbərlik onunla yollarını ayırmağa müsbət yanaşır.
"Arsenal"ın transfer siyahısında yer alan Osimhen üçün 120 milyon avro ödəniləcəyi gözlənilir.
O, ötən mövsüm “Napoli”nin heyətində 32 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Yaxın günlərdə Osimhenin yeni mövsümə hansı komandada başlayacağı dəqiqləşəcək.
saytlarin hazirlanmasi