"Yuventus" "Mançester Yunayted"in iki futbolçusunu heyətinə qatmağı planlaşdırır.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qoca sinyora" Ceydon Sanço və Meyson Qrinvudu yayda heyətinə qatmağı planlaşdırır.
Başa çatan mövsümü icarə əsasında "Xetafe"də keçirmiş Qrinvud özü Turinə keçməyə razı olduğunu "Mançester Yunayted" rəhbərliyinə bildirib. Lakin Sançonun maaşı yüksək olduğundan "Yuventus"un bu transferi reallaşdıra bilməyəcəyi ehtimal edilir. İngiltərəli futbolçu isə başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Borussiya"da (Dortmund) keçirib.
Qrinvud 2025-ci il iyunun 30-na, Sanço isı 2026-cı il iyunun 30-na qədər "Mançester Yunayted"ə məxsusdur.
saytlarin hazirlanmasi