"Milan"ın futbolçusu Şarl de Ketelare "Atalanta"da qalacaq.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi 23 yaşlı futbolçunu əvvəlcədən razılaşdırılmış şərtlərlə almaq qərarına gəlib.
"Rossonyerlər" transferə görə 23 milyon avro gəlir əldə etmək niyyətindədir.
Ketelare ötən mövsüm “Atalanta”nın heyətində 50 matçda 14 qol vurub, 11 məhsuldar ötürmə edib.
Belçika millisinin üzvü 2022-ci ildə "Brügge"dən "Milan"a keçib.
saytlarin hazirlanmasi