"Arsenal"ın futbolçusu Tomas Parti Səudiyyə Ərəbistanına yollanacaq.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçiyə "Əl-İttihad"dan təklif gəlib.
İki ərəb klubu arasında seçim etməli olan Partinin ilkin olaraq "Əl-İttihad" seçiminə üstünlük verdiyi iddia edilir.
Parti istədiyi maaşı hansı klub verərsə, məhz onlarla müqavilə imzalayacağını menecerinə bildirib.
Afrikalı futbolçu 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında 14 matça çıxıb. Tomas 2020-ci ilin yayında “Atletiko”dan 40 milyon avro qarşılığında “Arsenal”a keçmişdi.
saytlarin hazirlanmasi