Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində “Eqnatia Arena”da meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.
Qeyd edək ki, Albaniya ilə Azərbaycan milli komandaları arasında ikinci yoldaşlıq görüşü iyunun 19-da keçiriləcək. “Eqnatia Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi