Ukrayna millisinin futbolçuları tənqid olundu: "Özlərini ulduz hesab edirlər"

12:18 - 18 İyun 2024

Ukrayna millisi AVRO-2024-ün startında Rumıniyaya uduzub (0:3). 

Sportal.az “Sport-Ekspress”ə istinadən xəbər verir ki, "Dinamo"nun (Kiyev) sabiq hücumçusu Viktor Leonenko məğlubiyyəti şərh edib:

"Millinin oyunçuları artıq özlərini ulduz hesab edirlər. Hamısı özünü həddən artıq güclü oyunçu kimi görürlər. Belə oyunlardan sonra Andrey Lunin və ya Aleksandr Zinçenkonun transfer dəyərinin yenilənməsinə baxmaq mənim üçün maraqlı olacaq. Rumıniya ilə oyundan əvvəl hamı millinin oyunçularını tərifləyir: mütəxəssislərdən tutmuş qohumlarına, analarına, atalarına qədər. Deyəsən, mənim həyətimdəki göyərçinlər danışa bilsəydi, onlar da təriflər edərdi. Nəticədə nə oldu?".

Xatırladaq ki, AVRO-2024-də Rumıniya və Ukrayna milliləri E qrupunda mübarizə aparır. Onların qrup mərhələsindəki rəqibləri Belçika və Slovakiya milliləridir.

54 yaşlı veteran futbolçu Ukrayna millisi ilə yanaşı, “Dinamo”(Kiyev), “Dinamo”(Moskva), ÇSKA(Kiyev), “Zakarpatye” klublarında oynayıb.

Xəbər xətti