"Milan"ın futbolçusu Rafael Leao karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə yaxındır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, 25 yaşlı portuqaliyalı yarmmüdafiəçi "Əl-Hilal"a keçə bilər.
"Rossonyerlər" isə Leaonu satmaq niyyətində deyil.
Amma ərəblər onun üçün 175 milyon avro təzminat məbləği ödəyərsə, keçid reallaşacaq.
Leao İtaliya A Seriyasının son mövsümündə 46 oyun keçirib, 14 qol vurub, 14 asist edib.
Onun "Milan"la müqavilə müddəti 2028-ci ilin dekabrına qədərdir.
saytlarin hazirlanmasi