"Atletiko" "Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaheri heyətinə qatmaq niyyətindədir.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" da qarşı tərəfə dərhal cavab verib.
London klubu aparıcı futbolçusunu "Atletiko"ya satmaqdan imtina edib.
"Tottenhem", "Nyukasl”, “Arsenal"ın da transfer siyahısında yer alan Konor yeni sezona "Çelsi"də qalmaq niyyətindədir.
O, 2023/2024 mövsümündə 5 qol vurub, 7 asist ötürmə edib.
24 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi gələn ilin yayında başa çatır.