İngiltərənin "Lester Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Stiv Kuper çalışdıracaq. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Yaxın günlərdə 44 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Stiv Kuper son olaraq "Nottingem Forest"in baş məşqçisi olub. Uelsli çalışdırıcı 2023-cü ilin oktyabr ayından etibarən işsizdir.
saytlarin hazirlanmasi