Slovakiya millisinin baş məşqçisi: "Çətin matç idi, futbolçuları günahlandıra bilmərəm"

21:23 - 21 İyun 2024

Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona AVRO-2024-ün qrup mərhələsinin ikinci turunun Ukraynaya qarşı görüşünü şərh edib.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının 1:2 hesablı məğlubiyyətinə baxmayaraq, komandasının qrupdan çıxmaq üçün mübarizəsini sona qədər davam etdirəcəyini bildirib:

“Çətin matç oldu. Bəzi şeylərdən razı qaldım, bəzilərindən yox. Futbolçuları qınamaq olmaz. İlk hissə sadəcə əla keçdi. Amma Ukrayna millisi əla komandadır. FİFA reytinqində bizdən 20 pillə irəlidədir. Mübarizəmizi davam etdiririk və qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Biz irəlidə olanda matçın sonuna hələ çox vaxt qalırdı. Çox güclü rəqibə qarşı oynadıq. Performansımıza görə şadam və futbolçularımla fəxr edirəm. Rəqibə 30 dəqiqə vaxt verdik və bu, onların bizi cəzalandırması üçün kifayət etdi. İlk hissədə çox enerji sərf etdik. Çoxlu qol imkanları yaratdıq. 30 dəqiqə bizi təqib etdilər, amma biz bunu gözləyirdik. Bu komanda böyük hörmətə layiqdir. Son vaxtlara qədər belə komandalarla rəqabət apara biləcəyimizi ağlımıza belə gətirə bilməzdik. Biz pley-off mərhələsinə vəsiqə qazanmaq imkanımız var idi. Lakin mütləq qalib gəlməli olan komanda ilə qarşılaşdıq. 1/8 finala çıxmaq üçün mübarizəni davam etdirməyimiz artıq inanılmazdır”.

Xəbər xətti