İtaliya millisi AVRO-2024-ün son turunun matçına itkilərlə çıxacaq.
Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, Federiko Dimarko Xorvatiya ilə oyunu buraxa bilər.
İtaliyalı İspaniya ilə ikinci turun matçında (0:1) zədələnib.
Onun son tura qədər hazır olacağı ehtimalı aşağıdır. 26 yaşlı futbolçu qrupdakı Albaniya və İspaniya ilə görüşlərdə meydana çıxıb.
Qeyd edək ki, Xorvatiya - İtaliya matçı iyunun 24-də keçiriləcək və oyuna 23:00-da start veriləcək.
saytlarin hazirlanmasi