Macarıstan millisi AVRO-2024-ün qrup mərhələsinin son turunun Şotlandiya ilə görüşündə aparıcı hücumçusunu itirib.
Sportal.az "M4Sport"a istinadən xəbər verir ki, Şotlandiya yığmasının qapıçısı ilə toqquşma nəticəsində zədələnən Macarıstan millisinin hücumçusu Barnabas Varqanın vəziyyəti stabildir.
Lakin macar forvardın bir daha meydana çıxmayacağı dəqiqləşib.
Bu barədə Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.
Varqanın almacıq sümüyünün sındığı bildirilir.
Qeyd edək ki, Macarıstan son turda Şotlandiyaya qalib gələrək qrupda üçüncü pilləni tutub. Onların ən yaxşı üçüncü kimi 1/8 finala vəsiqə qazanması mümkündür.
saytlarin hazirlanmasi