Serbiya millisinin baş məşqçisi: "Çox məyus olduq"

10:18 - 26 İyun 2024

Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç AVRO-2024-ün qrup mərhələsinin 3-cü turunda Danimarka millisi ilə oyunun heç-heçə (0:0) nəticəsini şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan serbiyalı mütəxəssis görüşlə bağlı bunları deyib:

“Çox məyusuq. Çünki lazım olan addımı ata bilmədik. Oyun bərabər səviyyədə keçdi, qol vurmaq istəyirdik. Lakin təəssüf ki, buna nail ola bilmədik. Komandamla fəxr edirəm. Serbiya özünü göstərdi. Qrupdakı bərabər səviyyəli rəqiblərlə çox yaxşı oyun göstərdik”.

Qeyd edək ki, Serbiya qrupda dördüncü pilləni tutaraq AVRO-2024-dəki çıxışına yekun vurub.

Xəbər xətti