Fil Foden İngiltərə milli komandasının düşərgəsini tərk edib.
Sportal.az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu təcili olaraq İngiltərəyə yollanıb. 24 yaşlı vinger ailə məsələsi ilə bağlı ölkəsinə gedib. O, qısa müddətdə Almaniyaya qayıdaraq kollektivə qoşulacaq.
Qeyd edək ki, Fil Foden İngiltərə millisinin Avro-2024-ün qrup mərhələsində keçirdiyi hər üç oyunda start heyətində meydana çıxıb.
saytlarin hazirlanmasi