Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Portuqaliya üzərində qələbəni (2:0) və komandasının AVRO-2024-ün pley-off mərhələsinə vəsiqə qazanmasını şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan fransalı mütəxəssis komandasının pley-off mərhələsinə çıxacağına inanmırmış:
"Düzünü desəm, oyundan əvvəl oyunçularıma nə dediyimi xatırlamıram. Amma mesajım o idi ki, öz futbolunuzu oynayın, top olmayanda intizamlı olun, top bizdə olanda isə oynayaq. Mən onlara bildirdim ki, 16 və ya 17 yaşında heç nə düşünmədən rahatlıqla necə oynayırdınızsa, Portuqaliyaya qarşı da onu etmək lazımdır. Onlar da parlaq şəkildə etdilər. 1/8 finala yüksəlməyi xəyal edirdik, amma bunun mümkün olduğuna inanmırdıq. Bu mərhələdə də, yarış boyunca etdiyimiz kimi, ilk dəqiqədən mübarizə aparacağıq".
saytlarin hazirlanmasi